Qadından şantaj yolu ilə pul tələb edən şəxsə hökm oxunub

Qadından şantaj yolu ilə pul tələb edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, prosesdə prokuror çıxış edərək təqsirləndirilənin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daşqın Gəncaliyev Sevda Quliyeva (ad-soyad şərtidir) ilə tanış olub. Bundan sonra onlar arasında isti münasibət yaranıb. Daşqın Gəncaliyev Sevda Quliyevaya hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.
 
Aktual.az
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR