Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar yolu ilə Ukraynadakı müharibəyə son qoymağa çalışacam.
Aktual.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Mən yenidən Putinlə telefonla danışacam, çünki bir-birimizlə danışmalıyıq. Məhz Putin Ukraynadan qoşunları çıxarmalı və artıq yüz minlərlə insanın həyatına son qoymuş bu dəhşətli mənasız müharibəni bitirməlidir”, - Şolts bildirib.
Şoltsun sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmayınca bu vəziyyət dəyişməyəcək.
Xəbər 94 dəfə oxunub.