“Putin və Paşinyan Qarabağ münaqişəsini müzakirə etməyib” – Peskov

“Putin və Paşinyan Qarabağ münaqişəsini müzakirə etməyib” – Peskov

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb”.

Bu barədə "Report”un Rusiya bürosuna Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb”, – D.Peskov deyib.
Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR