Putin Rusiyanın sınaqdan keçirdiyi nüvə başlıqlı yeni raketdən danışdı

Putin Rusiyanın sınaqdan keçirdiyi nüvə başlıqlı yeni raketdən danışdı

"Yeni raket kompleksi ən güclü texniki və taktiki göstəricilərə malikdir və bütün müasir raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gəlməyə qadirdir. Onun dünyada analoqu yoxdur və uzun müddət də olmayacaq”.

Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiyanın yeni nüvə başlıqlı kontinentlər arası ballistik raketi - illərdi hazırlanmaqda olan Sarmat haqqında haqda danışarkən deyib. 

Rusiyanın şimal qərbində Plesetskdən qalxan raket 6000 km uzaqda, Kamçatkadakı hədəfi vurub.

"Bu unikal silah bizim silahlı qüvvələrin döyüş potensialını artıracaq, Rusiyanın təhlükəsizliyini xarici təhdidlərdən etibarlı şəkildə qoruyacaq və qızışmış aqressiv ritorika ilə ölkəmizi təhdid edənləri bir daha düşünməyə vadar edəcək”, - Potin bildirib. 

Rusiya Milli Müdafiə jurnalının redaktoru İqor Korotçenko da deyib ki, yeni raketin nümayişi Moskva tərəfindən Rusiya və onun xalqının təhlükəsizliyinə təhdid olan istənilən ölkənin tarixinə son qoya biləcəyi ilə bağlı Qərbə verilmiş siqnalıdır. 
Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR