Putin Qaluzinin xidmət yaşını uzatdı

Putin Qaluzinin xidmət yaşını uzatdı

Prezidenti Vladimir Putin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin xidmət müddətini uzadıb.
Aktual.az xəbər verir ki, bu barədə Putinin müvafiq sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sərəncama görə, Mixail Qaluzin üçün dövlət qulluğunun müddəti 2026-cı il iyunun 14-dək uzadılıb.
Qeyd edək ki, Rusiyada dövlət qulluğunda vəzifə tutmaq üçün maksimum yaş həddi 65 yaşdır. Bu ilin iyunun 14-də Qaluzinin 65 yaşı tamam olur.
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR