Prezident Vladimir Putin sentyabrın 14-də açılacaq BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib:
"Prezident bu il Baş Assambleyada iştirak etməyi planlaşdırmır”.
Eyni zamanda, o, dövlət başçısının oktyabr ayında G20 sammitində iştirak ehtimalının da istisna edilmədiyinə diqqət çəkib. Peskovun sözlərinə görə, prezident G20 ilə bağlı qərarı yaxın gələcəkdə verəcək.
Xəbər 897 dəfə oxunub.