PSJ Neymarın satış qiymətini aşağı salıb

PSJ Neymarın satış qiymətini aşağı salıb
  • İDMAN

Fransanın PSJ klubu futbolçusu Neymarın satış qiymətini aşağı salıb.

"Report” "Marca”ya istinadən xəbər verir ki, Paris təmsilçisi artıq 27 yaşlı hücumçunu 300 milyon avroya deyil, 180 milyon avroya buraxmağa hazırdır.
İspaniyanın "Barselona” klubu yay fasiləsində Neymarı geri qaytarmağa cəhd etsə də, tərəflər transfer məbləğində razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.
 
Aktual.az
Xəbər 96 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR