Prokuror sabiq icra məmuruna cəza istəyəcək

Prokuror sabiq icra məmuruna cəza istəyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Poladov ifadə verib. Onun vəsatətinə əsasən, prosesin həmin hissəsi qapalı keçirilib. Təqsirləndirilən vəsatətini belə əsaslandırıb ki, ifadəsində şəxsi və biznes məlumatları səsləndiriləcəyi üçün qapalı olmasını istəyir.
Onun ifadəsindən sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. 
Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb. V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək pul almaqda ittiham olunur. O, külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib. 
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR