Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi - 28 il, 3 ay

Prokuror Bakıda silsilə oğurluq edən dəstəyə cəza istədi - 28 il, 3 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsiləndirilən şəxslərə cəza istəyib.
Prokuror N.Salayevin 11 il, S.Əmirovun 5 il, N.Ağayevin 5 il, M.Kərimlinin 4 il, M.Hüseynovun isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə yanvarın 18-də davam edəcək.
Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb.Müəyyən edilib ki, N.Salayev bir qrup şəxslə əlbir olaraq Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüseynov və M.Kərimli saxlanılıblar.
Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və "Maqnum" markalı tapança aşkar olunaraq götürülüb.
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR