Prezidentin son fərmanı təqdir olunur

Prezidentin son fərmanı təqdir olunur

Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə məraisimində seçki kampaniyası zamanı namizədlərin səsləndirdiyi təkliflərə münasibət bildirib. Namizədlər tərəfindən səsləndirilən tənqidi fikirləri alqışladığını bildirən ölkə başçısı, dəyərli təkliflərin hamısının nəzərə alınacağını bildirib. Bununla bağlı mətbuata acıqlama verən BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən andimə mərasimində ölkədə siyasi mədəniyyətin inkişaf etməsi və formalaşması ilə bağlı söylədikləri fikirlər çox müsbət haldır: "Həmçinin prezident seçkiərinə həsr olunan debatlar zamanı namizəd olmuş şəxslərin səsləndirdiyi fikirlərə, təkliflərə baxılacağını qeyd etməsi təqdir olunası haldır. Bilirsiniz ki, prezident seçkiləri bitəndən sonra ilk olaraq cənab preizdent İlham Əliyevi qalib gəlməsi münasibəti ilə Qüdrət Həsənquliyev təbrik etmişdi. Qüdrət bəy prezident İlham Əliyevi təbrik edirək, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayaraq, İlham Əliyev və onun komandasının digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracağını və həmin təkliflərdən faydalanacağına ümid etdiyini demişdi. Dünən prezidentin andiçmə mərasimində seçki debatları zamanı namizədlərin qaldırdığı məsələlərə diqqət ayrılacağını və dəyərli təkliflərin nəzərə alacağını qeyd etdi. Qüdrət Həsənquliyev debatlar zamanı prezidentliyə namizəd kimi öz platormasından və ölkədə mövcud olan problemlərdən danışaraq bu problemlərin həlli yollarını təklif edirdi.  Qüdrət bəyin təkliflərindən biri də şəhid ailələrinə verilməsi nəzərdə tutulan 11 000 manat vəsaitin verilməsiydi. Qüdrət bəy bu vəsaitin verilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qərarının olmasını da qeyd etmişdi.  Debatlarda ilk dəfə bu təklifi Qüdrət Həsənquliyev qaldırmışdı. Artıq bu gün cənab prezident İlham Əliyev ilk fərmanı həmin şəhid ailələrinə veriləcək 11 000 manatın olmasına dair oldu.  Düşünürük ki, sonuncu seçki marafonu zamanı namizədlərin qaldırdığı məsələrə ölkə başçısının diqqət ayırması ölkədə siyasi inkişafın yeni mərhələsinin başlanğıcıdır. 

Xəbər 4022 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR