Prezidentin Baş nazirlə geniş tərkibdə görüşü

Prezidentin Baş nazirlə geniş tərkibdə görüşü

"Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və bu münasibətlər bizim səylərimizlə möhkəmlənir".

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla geniş tərkibdə görüşü zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz bu gün siyasət və enerji sahələrində bir çox mühüm ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqındakı sədrliyi münasibətilə təbrik etdim. Bu, ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu mühüm vəzifənin öhdəsindən layiqincə gələcəksiniz”.
Azərbaycan Prezidenti bildirib ki, bu gün nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi və enerji sahələrində mühüm məsələlər müzakirə ediləcək:
"Bizi bir çox şeylər birləşdirir, bizi birləşdirən əsas dəyərlər isə xalqlarımız və ölkələrimizin rəhbərlikləri arasında dostluq münasibətləridir. Çox şadam ki, 2018-ci il bizim dostumuzun səfəri ilə başlayır”.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR