Prezident təqaüdçüsü vəfat etdi - FOTO

Prezident təqaüdçüsü vəfat etdi - FOTO

Fizika üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, görkəmli alim Sərdar Babayev vəfat edib.

Bu barədə "Report"a mərhumun oğlu Səttar Babayev məlumat verib.

Onun sözlərinə görə, atası mərhum Sərdar Babayev uzun müddət şəkər və qan təzyiqindən əziyyət çəkib: "O, bu gün səhər saatlarında ürək tutmasında vəfat edib".

Qeyd edək ki, Sərdar Babayev 3 noyabr 1945-ci ildə Şəki şəhərində anadan olub. 1964 – 1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində, 1975 – 1978-ci illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1981-ci ildə Azərbaycan SSR Fizika İnstitutunun Yarımkeçiricilər və dielektriklər fizikası elmi şurasında "A3B6 tipli yarımkeçirici kristalların rəqsi spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 42-si xaricdə, 22-si beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 86 elmi əsərin müəllifidir. 1985 – 1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda işləyib. 1994 – 1996-cı illərdə isə AMEA Fizika İnstitutunun nümayəndəsi kimi Ankara Orta Doğu Texniki Universitetində Lazer Spektroskopiyası laboratoriyasının yaradılmasında çalışıb.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR