Prezident Saqiyan kəndinin Günəşli adlandırılması ilə bağlı qanunu imzalayıb

Prezident Saqiyan kəndinin Günəşli adlandırılması ilə bağlı qanunu imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında" Azərbaycan Respublikasının qanununu təsdiqləyib.
Aktual.az xəbər verir ki, bununla da Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb.
Həmçinin Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.
Prezident "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qanunla "Saqiyan” sözü "Günəşli” sözü ilə əvəz edilib.
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR