Prezident naziri sədr təyin etdi (SƏRƏNCAM)

Prezident naziri sədr təyin etdi (SƏRƏNCAM)

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda - Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyasının sədri dəyişdirilib.

Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri olacaq.

Buna qədər isə komissiyaya "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri sədrlik edirdi.

Qeyd edək ki, hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
Xəbər 931 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR