Prezident Maliyyə Sabitliyi Şurasının tərkibini təsdiqləyib

Prezident Maliyyə Sabitliyi Şurasının tərkibini təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Aktual.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilib: 
Şuranın sədri
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru”.

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına təqdim etsin.
 Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR