Prezident 10 milyonuncu sakinə mənzil hədiyyə edib – Bank hesabına pul köçürülüb

Prezident 10 milyonuncu sakinə mənzil hədiyyə edib – Bank hesabına pul köçürülüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.


Aktual.az-ın xəbərinə görə, dövlət başçısı  10 milyonuncu sakinin valideynlərinə mənzil hədiyyə edib və körpənin bank hesabına pul köçürüldüyünü deyib.

Prezident İlham Əliyev: Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR