Poroşenkonun Ukraynadan çıxışına qadağa qoyula bilər

Poroşenkonun Ukraynadan çıxışına qadağa qoyula bilər

Kiyev rayon məhkəməsində bir sıra yüksək vəzifəli şəxslərin və siyasətçilərin Ukraynadan çıxışının qadağan edilməsi ilə bağlı cinayət işi başladılıb.

ONA-nın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə məhkəmənin saytında məlumat yer alıb. Siyahıda Ukrayna prezidenti Pyotr Poroşenkonun da adı var. Ümumilikdə siyahıya 180 nəfərin adı daxil edilib. Həmçinin Ukrayna baş naziri Vladimir Qroysman, Nazirlər Kabinetinin 40-dan çox üzvü və Ali Radanın spikeri Andrey Parubinin də adı yer alıb. Adı açıqlanmayan iddiaçı məhkəmədən həmin şəxslərin ölkədən çıxışının qadağan edilməsini xahiş edib.
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR