Poroşenkodan Zelenskiyə: “Ukrayna otel deyil!”

Poroşenkodan Zelenskiyə: “Ukrayna otel deyil!”

Ukraynanın hazırki siyasi administrasiyası yeni Prezident Vladimir Zelenskinin acgöz turist bənzətməsinə cavab verib.
 
 Axar.az-ın məlumatına görə, yayımlanan bəyanatda bildirilir ki, andiçmə mərasiminə kimi Poroşenko dövlətin rəhbəri sayılır, ölkədəki situasiyaya görə məsuliyyət daşıyır və öz vəzifəsini Konstitusiyanın ruhuna, maddələrinə uyğun icra edir.
"Ukrayna hörmətli Zelenskinin düşündüyü kimi Misir otelinin nömrəsi deyil”, -deyə bildirilib.
Eyni zamanda vurğulanıb ki, prezident parlamentin müəyyən etdiyi istənilən andiçmə tarixi ilə razılaşacaq.
Xatırladaq ki, bundan öncə Zelenski sələfini Misir otelindəki turistə bənzədib.
"Dəsmalları, çəkmələri daşıyır, İsveç stolundan hər şeyi götürür”, – yeni prezident demişdi.
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR