Pompeonun fikirlərinə görə İsveçrə səfiri İran XİN-ə çağırılıb

Pompeonun fikirlərinə görə İsveçrə səfiri İran XİN-ə çağırılıb
  • DÜNYA

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın İran mediasına istinadən verdiyi xəbərə görə, İsveçrə səfiri ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrandakı etirazçılara verdiyi dəstəklə əlaqədar XİN-ə dəvət olunub.
Səfirə M. Pompeo tərəfindən səsləndirilən fikirlərin İranın daxili işlərinə müdaxilə olduğu bildirilib.
Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.
Baş verənlərin fonunda ABŞ dövlət katibi bildirib ki, ABŞ İran xalqı ilə birlikdədir: "40 illik tiranlıqdan sonra şərəfli İran xalqı öz hökumətinə qarşı sakit qalmayacaq. Biz də həmçinin sakit qalmayacağıq. Mənim İran xalqı üçün mesajım var ABŞ sizi dəstəkləyir, ABŞ sizi eşidir və ABŞ sizinlədir”.
Xatırladaq ki, İranla ABŞ-ın diplomatik münasibətləri 1979-cu ildə kəsilib və hazırda ABŞ-ın İrandakı maraqlarını İsveçrə səfirliyi təmsil edir.
Xəbər 102 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR