Pompeo və Merkel qlobal çağırışlara qarşı birgə mübarizəni müzakirə ediblər

Pompeo və Merkel qlobal çağırışlara qarşı birgə mübarizəni müzakirə ediblər
  • DÜNYA

Berlinə səfəri zamanı ABŞ dövlət katibi Mayk Pompeo Almaniya kansleri Angela Merkel ilə görüşərək ümumi prioritetləri və qlobal problemlərə qarşı birgə səyləri müzakirə edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus məlumat verib.
"Tərəflər eyni zamanda əsas ümumi prioritetləri, qlobal və yeni çağırışlara cavab vermək üçün ABŞ-Almaniya tərəfdaşlığının vacib rolunu müzakirə ediblər”.
Qeyd olunub ki, Pompeo həmçinin Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer ilə görüşüb. Görüşdə İran, Çin, Rusiya, Suriya və Ukraynadakı mövcud vəziyyət müzakirə olunub. 
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR