Polşalı general: “Belarusda dövlət çevrilişi olacaq”

Polşalı general: “Belarusda dövlət çevrilişi olacaq”

Polşa milli müdafiə nazirinin keçmiş müavini Valdemar Skrzypçak "Polsat” telekanalının efirində əminliklə bildirib ki, Belarusda dövlət çevrilişi hazırlanır.
Aktual.az bu barədə Elchi.az-a istinadən bildirir.
General deyib: "Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu, baş verəcək”.
Onun sözlərinə görə, söhbət silahlı çevrilişdən gedir və Polşada Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmaq lazımdır.
Qeyd edək ki, daha öncə Belarus prezidenti Aleksandr Lukaşenkonun özü Qərbin respublikada dövlət çevrilişi hazırladığını bəyan etmişdi. O, bildirib ki, Qərb dövlətləri bunun üçün artıq alaylar, bayraqlar, legionlar yaradırlar. Lukaşenko onu da qeyd edib ki, Qərbin məqsədi Belarusu məhv etməkdir.

Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR