Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Polşa səfiri Rusiya XİN-ə çağırıldı

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Aktual.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir üç rusiyalı diplomatın Polşadan çıxarılması ilə bağlı XİN-ə dəvət olunub.  

Qeyd edək ki, 15 apreldə Polşa Rusiya səfirliyinin 3 diplomatının "persona non qrata" elan edildiyini bildirib. Buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını deyib.
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR