Polşa Rusiyaya NOTA VERDİ

Polşa Rusiyaya NOTA VERDİ
  • DÜNYA

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Aktual.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.
 
Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.
 
Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb. NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın ötən gün Ukraynaya genişmiqyaslı hava hücumu ilə əlaqədar olduğu güman edilir.

Xəbər 184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR