Polşa Kiyevə 60 ədəd “PT-91 Twardy” tankı verəcək

Polşa Kiyevə 60 ədəd “PT-91 Twardy” tankı verəcək
  • DÜNYA

Polşa vəd etdiyi "Leopard” tanklarından əlavə, Kiyevə daha 60 ədəd "PT-91 Twardy” tankı göndərəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak özünün "Telegram” kanalında yazıb. Varşava daha öncə Ukraynaya 200-dən çox "T-72” tankı tədarük edib.
"PT-91 Twardy” 1990-cı illərdə T-72M1 tankının lisenziya versiyası əsasında hazırlanıb. 1995-2002-ci illərdə "Bumar Labedy” müəssisəsi Polşa silahlı qüvvələri üçün 232 ədəd belə tank istehsal edib. Ağırlığı 45,9 ton olan tankı üç ekipaj üzvü idarə edir. Ötən il Ukraynaya verilən həmin tanklar hərbi əməliyyatlarda aktiv istifadə olunur.


Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR