Polşa ABŞ-dan aldığı qazı Ukraynaya da satacaq

Polşa ABŞ-dan aldığı qazı Ukraynaya da satacaq

Polşa hökuməti ABŞ-dan idxal etdiyi LNG-ni (Liquefied Natural Gas - Mayeləşdirilmiş təbii qaz) qaz halına gətirildikdən sonra Ukraynaya satacaq.

"Report” "Euro-Petrole”yə istinadən xəbər verir ki, bu barəsə Polşa Dövlət Neft və Qaz şirkətilə (PGNİG) "Ukrayna Enerji Ehtiyatları” (ERU) şirkətlər qrupu arasında müvafiq alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə görə, noyabr ayının əvvəllərindən Polşa nəql şəbəkəsinə vurulmağa başlayacaq həmin qaz Hermanoviçe şəhərindəki bağlantı üzərindən Ukraynaya ötürüləcək.
Bununla bağlı PGNİG tərəfindən yayılan məlumatda üç ildir LNG bazarında fəal çalışıldığı, Svinouişü şəhərindəki maye qaz terminalında gələn il 39 maye qaz qəbulunun nəzərdə tutulduğu, bununla bağlı ölkə qaz kəmərlərinin tam gücdə istismar olunduğu qeyd olunur.
Bundan əvvəl Polşa hökuməti qaz nəqli şəbəkəsini Ukrayna ilə birləşdirəcək 2 mlrd. kubmetr nəqletmə gücünə malik yeni kəməri istismara verməyə hazır olduqlarını açıqlamışdı. Bu il mayın 20-də ABŞ-ın energetika naziri Rik Perrinin Ukraynaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Zelenski və "Naftoqaz” dövlət neft və qaz şirkətinin rəhbəri Andriy Kobolyevlə danışıqları zamanı bu məsələyə də diqqət yetirilmişdi.
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR