İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin təmizliyininin təmini məqsədi ilə müvafiq tədbirlər görülür.
Bu barədə
Aktual.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib. Həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəbər 118 dəfə oxunub.