Pirallahı rayonunda Gənclər Mərkəzi istifadəyə verilib - YENİLƏNİB/FOTOLAR

Pirallahı rayonunda Gənclər Mərkəzi istifadəyə verilib - YENİLƏNİB/FOTOLAR

Avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.
Dövlət başçısı İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, "bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.


***

Bu gün Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.






Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR