Pezeşkian İran tarixinin ən atletik prezidentidir - KİV

Pezeşkian İran tarixinin ən atletik prezidentidir - KİV

Məsud Pezeşkian İran İslam Respublikası tarixinin ən savadlı prezidenti olmaqla yanaşı, həm də ən atletik siyasətçi kimi tanınır.
Aktual.az xəbər verir ki, bu barədə İranın idman kanalı məlumat yayıb.
"Onun ərafındakılar idmanın, xüsusilə futzalın bu siyasətçinin gündəlik həyat planının bir hissəsi olduğunu deyirlər. Pezeşkian millət vəkili olduğu dövrdə də, yeni prezident seçildikdən sonra da idmana ara vermir, dostları və həmkarları ilə futzal oynayır. Çoxları onu meydanda bu idman növünün taktiki prinsiplərini düzgün həyata keçirən peşəkar futzalçı hesab edir”,- idman kanalının məlumatında bildirilib.
Qeyd edək ki, Məsud Pezeşkianın parlamentin iclasları başlamadan əvvəl parlament zalında idman etməsi dəfələrlə İran mediasının gündəminə düşmüşdü.
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR