Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Təhsil Nazirliyindən Aktual.az-a verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR