Pentaqon 2024-cü ildə BU müqaviləni imzalayacaq

Pentaqon 2024-cü ildə BU müqaviləni imzalayacaq

Pentaqonun tərkibində olan ABŞ Hərbi Hava Qüvvələri Departamenti 2024-cü ildə altıncı nəsil qırıcının istehsalı üçün müqavilə bağlamağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilib.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall bu münasibətlə qeyd edib ki, belə qırıcıların yaradılması layihəsi olan "Next Generation Air Dominance” (NGAD) platforması F-22 ilə müqayisədə texnologiya nəsillərində sıçrayışı təmsil edən "Air Dominance” sistemlər ailəsinin mühüm elementidir.
O belə bir maşının sağqalma qabiliyyəti və zərbə imkanları ilə fərqlənəcəyini bildirib.
"Heç kim bunu ABŞ Hərbi Hava Qüvvələrindən yaxşı etmir, lakin biz bu anda irəliləməsək, bu üstünlüyü itirəcəyik”, - ABŞ-nin yüksəkrütbəli hərbi rəsmisi deyib.

Xəbər 124 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR