Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlanıla bilər?

Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlanıla bilər?

Bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir. Pensiyaçının həmin vəsaiti kartında nə qədər müddətə saxlamasına  məhdudiyyət qoyulmayıb.

Aktual.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. 

Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: "DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması  da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş etməkmüəssisələri  (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”.
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR