Paytaxtın mənzil bazarında bahalaşma

Paytaxtın mənzil bazarında bahalaşma

Avqust ayı ərzində Bakıda kirayə mənzil bazarında bahalaşma müşahidə olunub.


Bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymət artımı 3,83 faiz təşkil edib. Ekspert vurğulayıb ki, mənzillərin bir kvadrat metrinin qiyməti 8,43 manatdan 8,76 manata qədər artıb.

N.İbrahimov vurğulayıb ki, kirayə mənzil bazarında qiymətlərin artması əsasən tələbələrin axını ilə bağlıdır. Belə ki, sentybarda ali təhsil müəssisələrində dərslərin başlaması ilə paytaxtda regionlardan gələn tələbələrin sayında artım müşahidə olunur. Bu səbəbdən isə əsasən ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın mənzillərdə kirayə qiymətləri daha yüksək olur.

Ekspert eləcə də həmin yerlərdə, həmçinin metro stansiyalarına yaxın ərazilərdə 1 və 2 otaqlı kirayə mənzillərə tələbatın daha çox olduğunu qeyd ediblər.

 
Aktual.az
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR