Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına 4 il həbs cəzası verilə bilər

Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına 4 il həbs cəzası verilə bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan 4-6 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Aktual.az xəbər verir ki, bunu Akopyanın vəkili Vaan Ovannisyan mayın 19-da jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, üzləşmə zamanı Aşot Paşinyan və Qayane Akopyan öz ifadələrində israr ediblər.
Bildirilib ki, məhkəmənin mayın 19-da keçirilən iclasının qərarı sabah açıqlanacaq. Məlumata görə, Qayane Akopyan barəsində həbs qətimkan tədbiri seçilə bilər.
Bununla bağlı olaraq İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər. Aksiya iştirakçıları arasında müxalif deputatlar da var. Onlar paytaxtın Arşakunyats prospektini bağlayıblar.
Qeyd edək ki, Aşot Akopyanın oğurlanmasına cəhddə şübhəli bilinərək saxlanılan Robert Movsisyan Qayane Akopyanın hüquqlarını müdafiə etmək məqsədilə aclıq aksiyası keçirir.
Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR