Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək

Paşinyanın malikanəsinin təmirinə 2 milyon dollar xərclənəcək
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyanın malikanəsinin təmir işlərinə 2 milyon ABŞ dolları məbləğində vəsait xərclənəcək.

APA-nın xəbərinə görə, bu barədə "Hraparak” nəşri öz mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin yazdığına görə, əvvəllər sabiq prezident Serj Sarkisyanın yaşadığı malikanədə hazırda tam sürətlə əsaslı təmir-tikinti işləri aparılır. Demək olar ki, malikanənin dizaynı, otaqların yeri dəyişdirilib.
Qeyd olunub ki, malikanənin hazırkı vəziyyəti Paşinyan və ailəsini qane etmədiyindən, onlar orada yaşamaq istəmirlər. Təmir işlərinə isə 2 milyon ABŞ dolları həcmində vəsait sərf olunacaq.
Xəbər 1830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR