PAŞİNYAN ODLA OYNAYIR...

PAŞİNYAN ODLA OYNAYIR...

Nikol Paşinyan Moskvaya səfəri zamanı "Kommersant” qəzetinə verdiyi müsahibəsində "Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq” kimi sərsəm fikir səsləndirməsi bəri başdan danışıqlar prosesini dalana dirəmək cəhdidir.

 

Ən qəribəsi də budur ki, nə "Kommersant"ın müxbiri, nədəki erməni jurnalistləri bu hərdəmxəyal-fantazyor baş nazirdən bir soruşmur ki, Azərbaycan nədə və niyə güzəştə getməlidir? Axı Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi Azərbaycanın müharibə variantına əl atmayıb 25 ildir sülh danışıqları aparmasının özü elə Ermənistana edilə biləcək ən böyük güzəştdir ki, biz də bu güzəşti artıq etmişik. Bundan sonra Ermənistana qarşı edə biləcəyimiz güzəştlər limitimiz tükənib.

Ermənistan tərəfi isə bu adi həqiqəti dərk edə bilmir və görünən budur ki, Paşinyan kimi gah nala, gah da mıxa vuran səbatsız bir siyasətçi ilə normal danışıqlar aparmaq və anlaşmaq çox çətin olacaq. Paşinyan odla oynayır. Onun Qarabağ məsələsində bu qədər qeyri-ciddi və dəyişkən mövqe nümayiş etdirməsi odla oynamaqdan başqa bir şey deyil. Amma anlamır ki, müharibə odunda ilk yanan da elə özü olacaq.


Əlisahib Hüseynov - 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR