“Paşinyan hay-küy salmaqla Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır”

“Paşinyan hay-küy salmaqla Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır”

"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın son bəyanatlarına cavab verib:


-Heç şübhəsiz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları əsasən daxili auditoriyaya hesablanıb. Çünki həmin açıqlamaların real geopolitik əhəmiyyəti mövcud deyil.

Ona görə də, yaxşı olar ki, N.Paşinyan daha çox erməni xalqına verdiyi vədləri yerinə yetirməklə məşğul olsun. Hər halda, müstəqil dövlət statusu formal xarakter daşıyan bir ölkənin baş nazirinin Azərbaycan kimi regional lider olan bir dövləti hədələməyə cəhd göstərməsi sadəcə, gülüş doğurur.

Çünki hazırda Ermənistanın hərbi-siyasi, maliyyə-iqtisadi, diplomatik və s. sahələr üzrə Azərbaycan ilə müqayisə olunması sadəlövhlük təsiri daşıyardı. Ermənistan heç bir sahə üzrə Azərbaycanın qarşısında duruş gətirməsi mümkün deyil.

Ola bilsin ki, N.Paşinyanın belə sərsəm bəyanatlara hələ də ehtiyacı var. Hər halda, o, hakimiyyətə gəlmək üçün mübarizə apardığı dövrlərdə belə bəyanatlardan daha çox istifadə edirdi. Kütlənin diqqətini özünə cəld etmək üçün sərsəmləmələrlə pafoslu çıxışlar edirdi.

Ancaq regional və beynəlxalq siyasət məkanında belə sərsəm bəyanatların heç bir əhəmiyyəti mövcud deyil. Və müasir beynəlxalq siyasət belə sərsəmləmələrə artıq həssas deyil.

Müasir beynəlxalq siyasətin arxasında boş-boş sözlər deyil, real güc dayanmalıdır. Həmin gücün isə məhz Azərbaycanın əlində olduğu heç kimə sirr deyil.

Dağlıq Qarabağ münaqişəsinin tarixi də sübut edir ki, Ermənistan təkbaşına Azərbaycanla hərb meydanında üz-üzə qalmağa cəsarət göstərməz. Əgər Rusiya hərbi dəstək verməsə, Ermənistanın Azərbaycan qarşısında uzun müddət duruş gətirməsi mümkün deyil.

Azərbaycan Ordusu bu inkaredilməz reallığı son illərdə öz parlaq qələbələriylə sübuta yetirib. Hərb meydanındakı həmin qələbələr Ermənistanın və onun diasporunun özləri haqqında uydurduğu mifləri bir anda və həmişəlik darmadağın etdi. Azərbaycan Ordusunun döyüş qüdrətini hər kəs gördü. Azərbaycan Ordusunun döyüş qabiliyyəti, son illərdə ard-arda keçirilən hərbi paradlar, döyüş təlimləri artıq Ermənistanı ciddi şəkildə qorxuya salıb.

İndi N.Paşinyan bu cür hay-küy salmaqla, Ermənistanın Azərbaycan qarşısındakı zəifliyini ört-basdır etməyə çalışır. Amma bu, artıq mümkün deyil. Hər kəs mövcud reallığı çox gözəl bilir.

Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR