Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir

Paşinyan Ərdoğanla Praqa görüşünü istisna etmir
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada mümkün görüşü istisna etmir.
 
Aktual.az xəbər verir ki, bu barədə o, ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
 
"Həm bizim tərəf, həm də Türkiyə tərəfi mənimlə Ərdoğan arasında görüşü istisna etməyib. Belə bir görüşü istisna etməmək o demək deyil ki, görüş baş tutacaq. Bu, bir sıra hallardan asılıdır. Avropa İttifaqının təşkil etdiyi tədbir var, ora həm Türkiyə, həm də biz dəvət edilmişik. Mən Praqaya getmək qərarına gəldim, sammitdə iştirak etməyə hazırlaşıram və hazırda deyə bilərəm ki, görüş istisna deyil”, - deyə Paşinyan vurğulayıb.


Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR