Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə "konstruktiv" danışıqları davam etdirmək niyyətində olduğunu bildirib

Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə
  • DÜNYA

"Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır".

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində "konstruktiv" danışıqları davam etdirəcəyini deyib:

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək".

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR