Parisdə etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlanıb

Parisdə etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlanıb
  • DÜNYA

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, məlumatı RİA "Novosti” yayıb.
Bildirilib ki, "sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.
Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara "sarı jiletlilər” hərəkatı adı verilib.
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR