Ovannisyan Müdafiə Nazirliyindən getdi

Ovannisyan Müdafiə Nazirliyindən getdi

Ermənistan Müdafiə nazirliyinin keçmiş sözçüsü, şöbənin kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.

"Report” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsini yazıb.

İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.

Qeyd edək ki, Artsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib.
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR