Orta məktəbi bitirə bilməyənlərə - Yeni xəbər

Orta məktəbi bitirə bilməyənlərə   - Yeni xəbər

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün mayın 11, 12, 13-də eksternat qaydasında imtahanlar keçiriləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, qeydiyyat 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək. Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

İl məhdudiyyəti qoyulmadan istənilən şəxs müraciət edərək ekstern imtahanlarında iştirak edə bilər. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib.

Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər. Eksternlər ümumi orta təhsil proqramını əhatə edən Ana dili, Fizika, Kimya, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, Biologiya, İqdisadiyyatın əsasları, Ümumi tarix, Xarici dil, İnsan və cəmiyyət, Ədəbiyyat və Konstitusiyadan imtahan verəcəklər.

Eksternlər tam orta təhsil təhsil proqramını əhatə edən Ana dili, Xarici dil, İnsan və cəmiyyət, Ədəbiyyat, Ümumi tarix, Azərbaycan tarixi, İqdisadiyyatın əsasları, Kimya, Fizika, Riyaziyyat, Biologiya, Coğrafiya, Astronomiyadan imtahan verəcəklər. Hər iki təhsil proqramı üzrə rus bölməsinin eksternləri 1 fənn artıq - Azərbaycan dilindən imtahan verəcəklər.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR