Orfoqrafiya qaydalarına bu dəyişikliklər edildi - SİYAHI

Orfoqrafiya qaydalarına bu dəyişikliklər edildi - SİYAHI

Nazirlər Kabineti "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

ONA-nın məlumatına görə, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.
Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri  tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılacaq.
Son dəyişikliklərlə yüksək dövlət vəzifələri bu qaydada yazılmalıdır: Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.
Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılacaq: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
Bu sözlərdəki ikinci "s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Lakin Press (mətbuat) sözü istisnadır.

Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılacaq.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR