Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq

"Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var”.

Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq” və "qarğımaq” sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq”dır”.
M. Nağısoylu qeyd edib ki, 2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.
 
Aktual.az
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR