Ordumuz erməni diversantları belə əsir götürdü - FOTO

Ordumuz erməni diversantları belə əsir götürdü - FOTO

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. 

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Teleqram kanallarında Azərbaycan Ordusuna əsir düşən ehrməni hərbçilərin zərərsizləşdirilmiş vəziyyətdə şəkilləri yayılıb.

Modern.az-a istinadla düşmənin kəşfiyyat-diversiya qrupunun əsir düşən hərbçilərinin fotosunu təqdim edirik:
Xəbər 935 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR