Ordu Paşinyana güzəşt etmir:Qasparyan səlahiyyət müddətini uzatmağa çalışır

Ordu Paşinyana güzəşt etmir:Qasparyan səlahiyyət müddətini uzatmağa çalışır

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan artıq bir həftədir ki, qanunvericiliyin onun lehinə olduğunu bildirən vəkillərlə vəzifə məsələsini fəal şəkildə müzakirə edir.

Bu barədə erməni mətbuatı yazıb.

Qeyd edilib ki, Prezident Armen Sarkisyanın münasibətindən asılı olmayaraq səlahiyyət müddətinin uzadılması üçün fürsət var və Onik Qasparyan martın 9-dan sonra da Baş Qərargah rəisi vəzifəsində qala bilər.

Qasparyanın da inzibati məhkəməyə müraciət edəcəyi istisna edilmir. Bununla yanaşı, Qasparyan digər sahələrin nümayəndələri ilə də çoxsaylı görüşlər aparıb və güzəştə gedənin özü yox, Nikol Paşinyan olacağını söyləyib.

Məqalədə bildirilir ki, Baş Qərargah siyasi hakimiyyətə təzyiqi artıracaq və onları istefaya məcbur edəcək müxtəlif ssenarilər nəzərdən keçirir. Həmçinin diqqətə çatdırılıb ki, Onik Qasparyanın Paşinyanı istefaya səsləmədən əvvəl, onunla uzun bir söhbət edib, ölkəni sona qədər xarabalığa çevirməməyi, xoş niyyət göstərərək iqtidardan getməyini istəyib.



yenisabah.az

Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR