Orada pulla, zənglə qiymət yazılmır - Xaricdə təhsilin üstünlükləri

Orada pulla, zənglə qiymət yazılmır - Xaricdə təhsilin üstünlükləri

Gününmüzdə haradasa işləmək və ya maddi qazanc əldə etmək üçün yox, dünyadakı prosesləri düzgün qiymətləndirə bilmək, ümumi dünyagörüşünün formalaşması üçün də təhsil əvəzolunmaz bir faktordur. Ölkədə təhsil üçün xaricə üz tutan gənclərin sayı az deyil. Xaricdə təhsil almış şəxslər həm cəmiyyətdə, həm də iş mühitində daha uğurlu hesab olunurlar. Praktika da məhz bunu sübut edir.

 Bəlkə də bu səbəbdəndir ki, əksər gənclər xaricdə təhsilə üz tuturlar. Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov mdeyilənləri təsdiqləyib.

Professor söyləyib ki, xaricdə oxumağın üstün olmasının birinci səbəbi təhsilin məzmunundakı fərqdədir:
"Ədəbiyyat, təhsilin məzmunu xaricdə diqqət mərkəzindədir. Xarici universitetlərdə pulla, telefon zəngilə qiymət yazılmır. Tələbənin qiymətləndirmə prosesi şəfaff olur. Qiymətləndirmə də yaxşı olarsa, təhsildə problem olmaz. Bizdə də tələbənin biliyinə uyğun qiymət yazılarsa, dərsliklərimiz müasir dövrü əks etdirərsə, xaricdəki təhsillə fərqimiz olmaz”.

Ekspert deyib ki, işəgötürmə prosesində də qurum ilk olaraq təhsillə maraqlanır:
"Bir nəfər xaricə təhsil almış, bir nəfər isə ölkədə təhsil almış işçi götürür. Xaricdə təhsil alanın işi bacardığını görəndə onun daha savadlı olduğu məlum olur. Nəticə olaraq da xaricdə təhsil alanlara daha çox üstünlük verilir. Ümumi mənzərə bu cürdür. Ancaq ölkəmizdə universiteti bitirib işlə təmin olunan gənclərin də sayı az deyil”.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR