“Mənə "pritenziya" etməyin” – Spiker komitə sədrinə

“Mənə

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona söz verilmədiyi üçün narazılıq edib.

"Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı A.Rəhimzadə deyib ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: "Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim. İstəmirsinizsə, heç danışmayım”.
Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, A.Rəhimzadə komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisə, bu barədə əvvəlcədən məlumat verməli idi: "Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz. "pritenziya" etməyin”.
Sonra söz deputat Əli Məsimliyə verilib.
 
Aktual.az
Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR