Oqtay Əsədov İrana səfərə gedəcək

Oqtay Əsədov İrana səfərə gedəcək

 Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edəcək.

"Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, səfər İran tərəfinin dəvəti ilə dekabrın 25-də baş tutacaq.
Qeyd olunur ki, O.Əsədov bir sıra, o cümlədən İran parlamentinin sədri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının katibi, İranın Ali rəhbərinin nümayəndəsi kontr-admiral Əli Şamxani ilə görüşlər keçirəcək.
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də təhlükəsizlik məsələləri müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR