Təzyiqlərdən qorxmayan cəsarətli namizəd

Təzyiqlərdən qorxmayan cəsarətli namizəd

Bildirişlərimiz də gəldi çıxdı: gələn bazar günü parlament seçkilərində səs verməyə gedirik - 33 saylı Xətai birinci seçki dairəsi üzrə. 

Lakin bu dəfə özüm üçün seçkidə "lakmus testi" kimi izlədiyim dairə başqa olacaq. 9 saylı Binəqədi 2-ci seçki dairəsində Günel Səfərovanın kampaniyası və seçkisi. Onunla həm dərs otağını, həm peşəkar mühitdə eyni ortamı bölüşmək imkanım olub.

Günel Səfərova bu gün ictimaiyyətin görmək istədiyi parlamentə ən uyğun namizəddir. 

- hüquqşunasdır,

- proqressiv düşüncəlidir,

- Azərbaycan dövlətçiliyinin qorunmasını özünə ümdə məqsəd hesab edir,

- həm yerli, həm də xarici ictimai-siyasi səhnədə çağırışları başa düşən və onlara aydın həll yolları təklif edir

- yeni nəsil siyasətçisidir.

Bundan əlavə anadır, qadındır - bu ölkədə uşaqların müdafiəsi və rifahı üçün nələri etmək lazım olduğunu hər gün şəxsi təcrübəsində yaşayır. Opponentlərinin təzyiqlərindən qorxmayan, ədalət tərəfini buraxmayan cəsarətli birisidir. Azərbaycan parlamentinin bu ölkədə islahatları surətləndimək üçün məhz belə üzvlərə ehtiyacı var.

Xaricdəki qadın millət vəkillərini "role model" qismində görüb  LİKE-lamaqadan usandıq. Finlandiya, Danimarka, Yeni Zenlandiya və s. ölkələrdə xalqı təmsil edən siyasətçilərə baxanda yaxşı mənada qibtə edirsən. Azərbaycan heç onlardan geri qalmır. Sadəcə "lakmus testi"ni keçməkdə axsayırıq.
Şəfəq Mehralıyeva

 

Xəbər 2895 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR