Ombudsman: "Ermənistan itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir”

Ombudsman:

"Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb".

Aktual.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.

"Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”, - S.Əliyeva əlavə edib.
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR